Yoxluğunda nə ağrılar çəkdim mən... ...ürəyim yetim qaldı gedişinlə... Həsrətin qorxu kimi, kabus kimi çökdü gecələrimə... Sənsizlikdə nələr çəkdim bilərsənmi ..?Neçə gecə adın dilimi parçaladı, düşünürsənmi ...? `Sən` heç düşündünmü məni...?... Heç soruşdunmu özündən?...Məni bu qədər sevə biləcək biri varmı deyə?... Heç soruşdunmu `Bu mənsiz nə edər?` deyə?... Sən heç Mən`i görmək üçün yatdınmı? Mən yatdım...Günlərlə bir saniyə səni görmək üçün, görüb də sarılmaq üçün, sənə `Səni sevdiyimi` qışqırmaq üçün...Heç olmasa yuxularımda sev məni... ...amma həmişə üzünü çevirib qaçdın... ...arxandan ağlayardım...... Günlərlə, saatlarla, sonra...Oyanardım ağlayaraq...~ Gözümdəki yaşı qurudana qədər, səhraları isladana qədər, daşları yumşaldana qədər .... Sən heç gecənin alaqaranlığında, qapı qarşısında gözlədinmi?...Yox...Bilmədin.. Gözləmədin.....AMma mən gözlədim...Məni pəncərədə gözləmə ehtimalını gözlədim... Niyə gözlədim bilmirsən...Səhəri görənə qədər, gecə bitənə qədər gözlədim...Bir dəfə Sənə demədim..

Теги: sevgi ağrı həsrət

Теги других блогов: sevgi ağrı həsrət